Onun sözlərinə görə, faktlar göstərir ki, aparıcıların nitqində üslub səhvləri daha çoxdur. Ədəbi dil normalarının pozulma hallarını əks etdirən faktlardan 15% İTV -də, 14%-i ATV -də, 15%-i ANS-də, 18%-i "Xəzər"də, 17%-i "Space" -də, 21%-i isə "Lider" -də müşahidə edilib. Buna baxmayaraq dil səviyyələri üzrə fərqli nəticələr üzə çıxıb. Fonetik normanın tələblərinə ən çox ATV və ANS -də, qrammatik normanın pozulması halları isə ən çox "Xəzər" televiziyasında müşahidə edilib.
Qeyd edək ki, monitorinqi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu aparıb. Bəzi təşkilati işlər Milli Televiziya və Radio Şurası ilə birgə həyata keçirilib.ron