Çexiyanın paytaxtı Praqadakı zooparkda saxlanan Riçard adlı erkək qorillə şəhər sakinlərinin və turistlərin sevimlisinə çevrilib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, sanki, modeldir. Riçard fotokameralar qarşısında poza verməyi çox sevir.
Fotoqraf Lyusi Stepnikovanın dediyinə görə, artıq 11 ildir ki, Riçardı və onun ailəsini müşahidə edir.
8 "övlad"ı olan Riçard sonbeyşiyi olan oğlu Ajabanı çox sevir.
Milli.Az