"Azərbaycan logistika layihələrini həyata keçirməklə böyük işlər görür".
Milli.Az bildirir ki, bunu "Report"a açıqlamasında Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiaqo Qarsia Mila deyib.
Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq "hab" rolunu oynamağa ehtiyacı var: "Bu, gələcək üçün vacib məsələlərdən biridir. Azərbaycan şərqlə qərbi birləşdirə bilən çox əlverişli mövqedə yerləşir. Geopolitik mövqe Azərbaycan üçün yeni imkanlar açır. Mənim buranın "hab"a çeviriləcəyinə dair şübhəm yoxdur".
Milli.Az