Diyarbakırda Zerzevan qalasında edilən qazıntı işləri zamanı meydana çıxan Mithras məbədinə sadəcə kişilər girə bilir.
Metbuat.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, naməlum din xadimləri tərəfindən istifadə olunan məbəd Diyarbakırın adını dünyaya çatdırmışdı.
Qazıntı sədri 2017-ci ildə qalaya 150 min ziyarətçi gəldiyini bildirib. Gələn il başlayacaq bərpa işlərindən sonra ərazidə turizmin daha da canlanacağı düşünülür.
Qalada edilən qazıntı işləri zamanı ortaya çıxan tapıntılara əsasən qalanın keçmişinin miladdan öncə 3-cü əsrə qədər çatdığı müəyyən edilib.



