Somalidə 30 yaşlı Şükri Abdullahim Varsam rəcm cəzasına məruz qalaraq daşqalaq olunub. O, əri ola-ola 11 kişiyə gizli şəkildə ərə getməkdə suçlanıb.
Milli.Az ABC-yə istinadən bildirir ki, terrorçu "Əl Şəbab" qruplaşmasının Şəriət Məhkəməsi onu zinakarlıqda suçlayaraq edamına qərar verib. Edam Aşağı Şabella əyalətindəki Sablale şəhərində gerçəkləşdirilib.
9 kişi məhkəmədə ifadə verərək Şükrinin onların hər biri ilə nikaha girdiyini deyib. Şükrinin əri isə arvadının nikahlarından xəbərsiz olduğunu söyləyib.
Milli.Az