Türkiyədə prezident idarəetmə formasına keçid çərçivəsində 5 vitse-prezident təyin olunacaq.

Milli.Az bildirir ki, bu barədə Trend Türkiyə KİV-lərin istinadən məlumat verir.

Bundan başqa, nazirliklərin sayı 21-dən 15-ə endiriləcək. Bir sıra nazirliklərin isə birləşdirilməsi nəzərdə tutulur.

Lakin hələ ki bu məlumat rəsmi təsdiqini tapmayıb.

Bundan əvvəl bildirilirdi ki, 2019-cu ildə prezident idarəçiliyi formasına keçidlə bağlı Baş nazir postu ləğv ediləcək. Həmçinin Türkiyə parlamentində deputatların sayının 550-dən 600-ə artırılacaq, yeni komissiyaların yaradılacaq.

Milli.Az