Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə müdir təyin edilib. Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Rövşən Çingiz oğlu Nəcəf təyin olunub.

Metbuat.az xəbər verir ki, PA-nın yeni şöbə müdiri təyin olunan Rövşən Nəcəf 1982-ci il Salyan rayonunda anadan olub.

O, bu təyinatadək "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.