Hindistanın qərbində baş verən ağır yol qəzasında azı 10 nəfər ölüb, daha 13 nəfər isə yaralanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, qəza Maxaraştra ştatında baş verib.
Toydan qayıdan maşın karvanı sisternlə dolu yük maşını ilə toqquşub.
Hadisənin digər təfərrüatları araşdırılır.
Milli.Az