Haitidə mikroavtobusla yük maşınının toqquşması nəticəsində 15 nəfər hadisə yerində ölüb, 14 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə paytaxt Port-o-Prens şəhərindən 40 km şimalda qeydə alınıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyətinin kritik olduğu bildirilir.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.