Yunanıstanda 4,9 bal gücündə zəlzələ olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yerli vaxtla saat 01:30-da qeydə alınan yeraltı təkanların episentri paytaxt Afinadan 166 km cənubda yerləşib. zəlzələ ocağının dərinliyi 5 km olub.
Milli.Az