AZAL doğma meydanda turnir cədvəlinin son pillələrində qərarlaşan "Sumqayıt"ı qonaq edib. "Təyyarəçilər" hesabda öndə olsalar da maçtın son dəqiqələrində qonaqlar hesabı bərabərləşdirməyə müvəffəq olublar. Görüş 1:1 hesabı ilə başa çatıb. Digər oyunda isə paytaxtın iki klubu "Bakı" və "İnter" üz-üzə gəlib. Paytaxt derbisindən isə "bankirlər" qalib ayrılıb - 2:1.
Zaqatalada yerli "Simurq" Ağdamın "Qarabağ" klubu ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılıqlı hücumlar şəraitində keçən qaşrılaşmada Qurban Qurbanovun komandası meydanı 2:0 hesablı qələbə ilə tərk edib.
Turun və günün son qarşılaşması "Bakcell Arena"da keçilib. Paytaxtın "Neftçi" klubu "Qəbələ" ilə üz-üzə gəlib. 90 dəqinən sonunda sevinən tərəf qonaqlar olub. Qarşılaşma 1-3 hesabı ilə başa çatıb.
17 aprel (cümə)
16:00. "Bakı” – "İnter” - 1:2
16:00. AZAL - "Sumqayıt" - 1:1
18:00. "Simurq" - "Qarabağ" - 0:2
20:00. "Neftçi" - "Qəbələ" - 1:3
Qeyd edək ki, XXXI turun oyunları aprelin 25-də keçiriləcək.