Uqandada ağır yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə mayın 25-dən 26-na keçən gecə Kiryandoqo rayonunda qeydə alınıb.

Sərnişin avtobusu, traktor və yük maşınının toqquşması nəticəsində 19 nəfər ölüb. Onların arasında üç uşaq da var.

Qəzada xeyli sayda yaralananın olduğu vurğulanıb.

Milli.Az