Avropa İttifaqı ölkələrinin səfirləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüz illik yubileyi münasibətilə video-çarx hazırlayıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, təbrikdə Aİ-nin Azərbaycanda akkreditasiya olunmuş 20 ölkənin diplomatik missiyaların rəhbərləri və qurumun Bakıdakı nümayəndəsi öz təbriklərini çatdırıblar.

Diplomatlar təbriklərini Azərbaycan dilində səsləndiriblər: "Əziz Azərbaycan xalqı, sizi Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə təbrik edirik. Ölkənizə və hər birinizə uğurlar, həmrəylik və firavanlıq arzu edirik. Ad günün mübarək

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Avropa İttifaqının səfirləri Azərbaycan xalqını təbrik ediblər - VİDEOAİ səfirləri Azərbaycan xalqını belə təbrik etdi