Uqandanın qərbində sərnişin avtobusunun traktor və avtosisternlə toqquşması nəticəsində həlak olanların sayı 40-ı ötüb.
Metbuat.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi mayın 26-na keçən gecə Kiryandonqo rayonunda baş verib.
Qırmızı Xaç Təşkilatının Uqanda şöbəsinin nümayəndəsi İren Nakasiitanın agentliyə verdiyi məlumata görə, hadisə nəticəsində azı 48 nəfər həlak olub. Onların arasında 18 uşaq da var.