Çempionlar Liqasında 2017/2018 mövsümünün rəmzi komandası müəyyən edilib.

Publika.az xəbər verir ki, UEFA-nın texniki müşahidəçiləri tərəfindən müəyyən edilən heyətdə 18 futbolçu yer alıb.

Qapıçı: Keylor Navas ( "Real"), Alison Beker ("Roma")

Müdafiəçilər: Josua Kimmix ("Bavariya"), Serxio Ramos, Marselo, Rafael Varan (hamısı "Real"), Corcio Kyellini ("Yuventus"), Vircil van Deyk ("Liverpul")

Yarımmüdafiəçilər: Kevin de Bryune ("Mançester Siti"), Kasemiro, Luka Modriç, Toni Kroos (hər ikisi "Real"), Xames Rodriqes ("Bavariya")

Hücumçular: Edin Ceko ("Roma"), Roberto Firmino, Məhəmməd Salah (hər ikisi "Liverpul"), Lionel Messi ("Barselona"), Kriştiano Ronaldo ("Real").

Qeyd edək ki, PSJ-nin hücumçusu Neymar uzunmüddətli zədə səbəbindən yaşıl meydanlardan uzaq aldığı üçün siyahıya düşə bilməyib.

Zümrüd