Azərbaycanlı avtodizaynerdən möhtəşəm uğur - VİDEO - FOTO

Azərbaycanlı avtodizaynerdən möhtəşəm uğur - VİDEO - FOTO
12:05 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Həmyerlimiz Samir Sadıxov Hankook şirkətinin keçirdiyi Hankook Tyre Design Challenge 2014 müsabiqəsinin qalibi olub.

Milli.Az a24.az-a istinadən xəbər verir ki, Samir gələcək üçün hazırladığı təkərlərə əfsanəvi Dakar ralli-reyd marafonunun adını verib.

Adından da göründüyü kimi, bu təkərlər keçilməz yollarda, yəni ekstremal şəraitdə baş tutan yarışlarda zədələnməni minimuma endirmək məqsədi daşıyır. Heksaqonal dizaynı sayəsində təkərin protektoru müxtəlif tipli yol səthi ilə maksimum ilişməni təmin etməlidir.

Hər bir altıbucaqlı blok məxsusi hava kamerasına malikdir, ona görə də deşilmə zamanı sürücü bütün təkəri deyil, yalnız məhz həmin bloku dəyişəcək, bununla da yarış zamanı vaxt itkisi minimuma enəcək. Konseptual təkərləri həm minik, həm də yük maşınlarına taxmaq olar, yan elementin rəngini isə dəyişmək mümkündür.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR