Saat əqrəbləri

Metbuat.az Ayşən Süleymanlının şeirlərini təqdim edir.

***

Hər ötən gün dövrə vurur saatımın əqrəbləri

Cismim yatır, ruhum durur,

Sancır saat əqrəbləri.


Ömür bitir, zaman keçir

Məni yıxır, məni sıxır

Bu günləri xatırlamaq...

Keçmişimdə, dünənimdə,

Qırış olan bədənimdə

Gəncliyimin izlərini daşıyıram bu günümdə

Sancır saat əqrəbləri.


Dünən gənc idim, bu gün qoca

Ondan öncə lap balaca

Dırmanardım hər ağaca,

Düşünməzdim onu-bunu,

Qurtarmamış bir oyunu

Sancır saat əqrəbləri.


Səhəri də, gecəsi də qaranlıqdır günlərimin

Dilimdəki hecası da yarımçıqdır sözlərimin

Bu gun gəlsə neçəsi də,

Taqəti yox dizlərimin

Sancır saat əqrəbləri.


Ac uşağı xatırladır içimdəki fəryad səsi

Mən süd üçün ağlamıram,

Çağırıram hər kəsi

Qəlbə dərdi dağlamıram

Ìstəmirəm heç bir kəsi

Dünən üçün ağlayıram

Sancır saat əqrəbləri.


Atam nazım çəksin yenə,

Ötüb keçən dünənimdə.

Gələcəkdən mənə demə

Nəm və yaşıl çəmənlərdə oynamaq istəyirəm

Sizdən dünən istəyirəm

Sancır saat əqrəbləri.


Vefa yarı itim oldu, ötüb keçən dünənimdə.

Yağı düşmən insan oldu

Dünənimdə, bu günümdə

Xoşbəxt günlər ötüb getdi.

Zəhərləyir al qanımı

Sancır saat əqrəbləri.


Sizin üçün nigaranam

Ömrü alan zaman üçün.

Vaxtsız-günsüz yaralanan,

O saf-təmiz qəlblər üçün,

O saf-təmiz vicdan üçün!

Divarlarda... Masanızda.. Qolunuzda

Bəsləyirsiz!

Nigaranam sizin üçün,

Sancır saat əqrəbləri.

Sancır saat əqrəbləri.

***

Evimin qapısı bir az aralı,
Axşam çoxdan düşüb, hava qaralır
Evimdə qar yağır, həyətdə yağış.
Sən sevən naz-nemət süfrəm doludur.
Çayım da dəm alar, sənim gələnə,
Deyirəm... divanda səni düşünüb.
Yuxum qonaq gəldi, məni apardı.

Evə qayıtmışam, gecəni keçir
Pişiklər süfrədə yeməyi eşir...
Susuram... dinmirəm... danışmıram
Pişiyin işinə qarışmıram
Ürəyim aclıqdan ölür deyəsən,
Pişiklər toxluqdan gülür deyəsən.
Çaynikim qaynayıb, suyunu çəkib,
Evim də ömrüm tək yanır deyəsən..
Eybi yoxdur,
sənim yubanır deyəsən.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR