Şəkidə su-kanalizasiya xətti çəkilməyə başlamadan əvvəl bu cür tapıntıların olacağı gözlənilən idi.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Şəkidə su-kanalizasiya xətinin çəkilişi zamanı Yuxarı-Baş tarixi memarlıq qoruğu ərazisində Şəkinin tarixiliyini sübut edən önəmli tapıntı aşkar edilib. Aşkar olunmuş küp-qəbir təəccüb doğurub.

Tarixi abidənin 2 minə yaxın yaşı olması ehtimal edilir.

Elşən Abdurəhmanov - Şəki REM-in işçisi: "Küp qəbirlər bu zonada antik və orta əsr dövründə daha çox yayılıb. Təsadüfən belə qəbirin aşkarlanması vaxtilə burada yaşayış məskəninin ya da nekropolun olmasını deməyə əsas verir".

Ərazidə bundan sonra aparılacaq qazıntı işləri daha diqqətli şəkildə davam etdiriləcək. Küp-qəbirin tək olmadığı ehtimal edilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kanalizasiya qazıntısı zamanı qeyri-adi tapıntı - VİDEO - FOTOKanalizasiya qazıntısı zamanı qeyri-adi tapıntı