"Barselona" ilk transferini reallaşdırıb.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Kataloniya klubu "Sevilya"an Klemen Lengletlə anlaşıb. "Barselona" fransız müdafiəçi üçün qarşı tərəfə 35 milyon transfer haqqı və 3 milyon avro bonus ödəyəcək.
Qeyd edək ki, Lenglet 2017-ci ilin əvvəlində "Nansi"dən "Sevilya"ya 5,4 milyon avroya transfer olunub. 22 yaşlı mərkəz müdafiəçisi 2017/18 mövsümündə 54 rəsmi oyuna çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Milli.Az