Bakı Metropolitenində 3 gün ərzində bütün anonslar uşaqların dilindən eşidiləcək.

Bu gün Bakıda metro istifadəçiləri sürprizlə üzləşiblər.

Milli.Az xəbər verir ki, sərnişinlər qatarda olarkən əyləncəli anlar yaşayırlar. Onlar anonsları adət etdikləri səs əvəzinə uşaqların ifasında eşidirlər.

Balacaların səsi, demək olar ki, bütün sərnişinlərin üzündə təbəssümə səbəb olur. Hətta hər gün metroda qulaqlıqlarla musiqiyə qulaq asa-asa gedənlər də bu səslərdən zövq almaq üçün qulaqlarını şəkləyərək növbəti anonsları intizarla gözləyirlər.

Videonu izləmək üçün şəklə klikləyin:

Metroda hamının üzü gülür - Uşaqlardan əyləncəli anonslar - VİDEOMetroda hamının üzü gülür - Uşaqlardan əyləncəli anonslar

Metroda hamının üzü gülür - Uşaqlardan əyləncəli anonslar - VİDEO

Daha bir yenilik - Uşaqlar metroya səs salacaqlar - FOTO - VİDEO