“Maşın” realiti-şounun 3-cü günündə oyunu tanınmış aparıcı və aktyor Azər Axşam tərk edib.
Publika.az xəbər verir ki, verilişin növbəti buraxılışında səsverməyə reper Uran çıxıb. O, əvvəlcədən "Maşın"dan çıxarmaq istədiyi məşhurun adını açıqlayaraq açıq mübarizə aparmağa üstünlük verib.
Nəticədə Uran "Maşın şou"da qalması üçün 73.73 faiz səs yığaraq oyundan Azər Axşamı uzaqlaşdırıb. Reperin bu qərarı iştirakçılar və tamaşaçılar üçün müəmmalı qalsa da, o, seçimini A.Axşamın güclü rəqib olması ilə izah edib.
Azər Axşam Uranın qərarına hörmətlə yanaşdığını və yarışmaya gələrkən uduzmağı gözə aldığını bildirib.