Qarabağla bağlı ŞOK PROQNOZ, müharibənin ÜÇ VARİANTI... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Paylaş
176 baxış·14 dəq oxu
Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış
mərasimi keçirilib. Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin
həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara
hazırdır. İsrail Türkiyənin ABŞ-dan “F-35” beşinci nəsil
qırıcı-bombardmançıları almasını əngəl olmaq istəyir. Türkiyə və
ABŞ arasında əldə olunan Münbiç razılaşmasının detalları məlum
olub. İsrail ilə Rusiya Suriyanın cənub sərhədinə rejim
qüvvələrinin nəzarət etməsi haqda razılığa gəliblər. Bəşər Əsəd
ABŞ-dan Suriya ərazisini tərk etməyi tələb edib. ABŞ və Çin
arasında Cənubi Çin dənizində hərbi gərginlik yaranıb. Kiyev
Rusiyanı zəbt edilmiş Krımda nüvə arsenalını yerləşdirməyə
hazırlaşmaqda ittiham edib. KXDR Birləşmiş Ştatlardan sanksiyaların
ləğvini və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasını
tələb edib.
Azərbaycan, Dağlıq Qarabağ
“Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı son illər ərzində apardığımız işlər münaqişənin həlli üçün
hüquqi bazanı daha da genişləndirib. BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsi və ATƏT-in qərarları, əlbəttə, bu hüquqi bazanın
əsasını təşkil edir”. Bunu bu gün Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən rəsmi qəbulda
çıxışında prezident İlham Əliyev deyib.
Azərbaycan prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var”
“Bizim siyasətimiz milli maraqlar üzərində qurulub.
Bu gün Azərbaycanda sözün əsl mənasında müstəqil siyasət
yürüdülür”. Bu sözləri Azərbaycan Prezidenti İlham
Əliyev bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda
çıxışında deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyətini
vurğulayan dövlət başçısı deyib ki, heç vaxt Azərbaycanın tarixi
torpaqlarında ikinci Erməni dövləti yaradılmasına imkan
verilməyəcək: “Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu
sırasındadır və biz bunu döyüş meydanında da sübut etmişik. 2016-cı
ilin aprelində ordumuzun təmas xəttindəki şanlı zəfəri bir daha onu
göstərir ki, güclü ordu müstəqilliyin qarantıdır”.
Mayın 29-da Səngəçal terminalında Cənub Qaz
Dəhlizinin rəsmi açılış mərasimi keçirilib.
Cənub Qaz Dəhlizinə ilk qaz vuruldu - FOTO (YENİLƏNDİ)
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki,
Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində
irəliləyişə nail olmaq üçün substantiv danışıqlara
hazırdır. Bunu Ermənistan xarici işlər nazirinin
açıqlaması ilə əlaqədar KİV-in sorğusuna cavab olaraq XİN-nin
Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
“Substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması
və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin
olunmalıdır”, - o deyib.
“İndi Qarabağ münaqişəsinin həlli prosesi üzrə hər
hansı qiymətləndirmələr etmək çətindir. 2016-cı il aprel müharibəsi
münaqişənin nizama salınması barəsində böyük qeyri-müəyyənlik
yaratdı”. Bunu “Amerikanın Səsi”nin erməni xidmətinə
şərhində Amerika analitiki Ceffri Mankoff bildirib.
sMankoffun fikrincə, Ermənistanda daxili siyasi problemlərinin
dərinləşməsi hərbi toqquşmaların yenilənməsinə gətirib çıxara
bilər.
ABŞ-dan Qarabağla bağlı ŞOK PROQNOZ: müharibə başlayacaq və...
Rusiya prezidenti Vladimir Putin, Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın
görüşəcəyi haqda informasiya yayılsa da, Ermənistanın
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan
bu informasiyanın həqiqətə uyğun olmadığını deyib.
“Hazırda belə bir görüş haqqında razılığa nail olunmayıb”, -
deyə o bildirib.
ABŞ prezidenti Donald Trampın Azərbaycan
prezidentinə təbrik məktubunda “yaxın aylarda Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması ilə bağlı yeni imkanlar açılacaq”
sözlərinin ardından dövlət katibi Mayk Pompeo da münaqişə ilə bağlı
fikrini açıqladı. Erməni siyasi şərhçi Aram Amatuni
Ağ Evin Qarabağ çağırışlarının Ermənistan üçün narahatverici
olduğunu yazıb.
Vaşinqtondan Bakıya İrəvanı qorxuya salan QARABAĞ VƏDİ
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 29-da
Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian ilə
görüşüb. Xəbərə görə, görüşdə Ermənistan-Fransa
münasibətlərinin indiki səviyyəsi, həmçinin Dağlıq Qarabağa
münaqişəsinin həlli prosesi müzakirə olunub.
“Baş nazir Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində
ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın rolunu yüksək
qiymətləndirib. Nikol Paşinyan Ermənistanın konstruktiv atmosferdə
danışıqlar prosesini davam etdirməyə hazır olduğunu təsdiq etdi”, -
xəbərdə deyilir.
“Dağlıq Qarabağ münaqişəsinin həllinin tək yolu sülh
yolu ilə tənzimlənmədir. Bu, real həllə gətirib çıxara bilər. Güc
yolu ilə həll variantı yoxdur. Düşünürəm ki, bu yalnız Ermənistanın
deyil, eyni zamanda Rusiyanın da prinsipial
mövqeyidir”. Bunu Ermənistanın Baş naziri Nikol
Paşinyan Almaniyanın DW nəşrinə müsahibəsində bildirib.
Paşinyan mayın 14-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə
görüşündə Rusiyanın Azərbaycana silah satışına toxunduqlarını
deyib.
“Bu barədə konstruktiv müzakirələr apardıq. Mən deyə bilmirəm
ki, Putin bu haqda nə deyib”, - Ermənistan hökumətinin başçısı
söyləyib.
Ermənistanda “məxməri inqilab”ın qələbəsindən iki
həftə sonra – 23 mayda Rusiyada erməni milyonçu Samvel Karapetyanın
(Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın qardaşı – red.)
rəhbərlik etdiyi erməni arxitekturasının öyrənilməsi fondunun
dəstəyi ilə “Şimali Arsax” (ermənilər Azərbaycanın işğal edilmiş
Dağlıq Qarabağ bölgəsini belə adlandırır) kitabı rus dilində dərc
olundu. “Kavkazplus” saytı bu kitabın rus dilində
tərcümə edilərək, dərc olunmasını erməni ekspansiyasının yaxın
vaxtlarda hansı istiqamətdə həyata keçirləcəyinin göstəricisi
olduğunu yazıb.
Ermənilərin dəhşətli gizli planı ORTAYA ÇIXDI: Kür çayı boyunca HÜCUM VƏ... - FOTO
İrəvanda Paşinyanın hakimiyyətə gəlişi ilə
nəticələnən “məxməri inqilab” Azərbaycanın Ermənistan tərəfindən
işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə də gəlir. Serj
Sarkisyan tərəfindən həbsə atılan Samvel Babayan və Jirayr
Səfilyanın azad olunması Xankəndində “Qarabağ klanı”ndan ibarət
qondarma rejimin devrilməsi ilə nəticələnə bilər.
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA: “Ermənilər Bakıya...”
Ermənistan
Ermənistan hökuməti Sərhəd Xidmətinə yeni
əməkdaşların qəbul edilməsi ilə bağlı elan verib.
İrəvanda danışırlar ki, məqsəd ölkənin sərhədləri üzərində nəzarəti
erməni sərhədçilərinə verməkdir. Xüsusilə söhbət Ermənistanın
Türkiyə və İranla sərhədini qoruyan rus hərbiçilərinin ölkədən
çıxarılmasından gedir.
Paşinyandan sərhədlərlə bağlı GÖZLƏNİLMƏZ ADDIM: müharibə çıxaracaq PLAN
Mayın 30-da Gürcüstana səfər edən Ermənistanın baş
naziri Nikol Paşinyanın proqramında Cavaxetiyada ermənilərlə
görüşün keçirilməsi diqqətçəkən detaldır. Bu səfərin
arxasında bir sıra amillər dayanır: Gürcüstan vasitəsilə Azərbaycan
və Türkiyənin blokadasını yarmaq; Abxaziya üzərindən Rusiyaya
tranzitin açılmasına nail olmaq; İqtisadi dəstək əldə etmək və
s.
Paşinyanın Cavaxetiyada ermənilərlə görüşü Ermənistanın yeni
rəhbərinin soydaşları ilə təmas qurması olaraq qəbul edilə bilər.
Lakin bu görüşün altında gələcək separat planlarının da yatdığı
deyilir.
Paşinyanın Tbilisi səfərindəki SİRLİ DETAL ORTAYA ÇIXDI - Ağlasığmaz hədəf
Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan
iyulun 7-də ilk dəfə Moskvaya səfər edəcək. Bu barədə
Rusiya XİN-in informasiya departamentinin direktor müavini Artyom
Kojin deyib. Onun sözlərinə görə, Mnasakanyan Moskvada Rusiya
xarici işlər naziri Serqey Lavrovla görüşəcək.
“Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və
ikitərəfli münasibətlər müzakirə olunacaq”, - deyə o bildirib.
Türkiyə, İran, Yaxın Şərq
Türkiyənin ABŞ-dan “F-35” beşinci nəsil
qırıcı-bombardmançıları alması ehtimalından naharat olan İsrail
Türkiyəyə “F-35”-lərin texnoloji səviyyəsini yüksəldəcək
texnologiyanın verilməsini əngəlləmək üçün amerikalı
səlahiyyətlilərlə müzakirələr aparır. Bu haqda
İsrailin “Haaretz” qəzeti yüksək vəzifəli bir israilli
səlahiyyətliyə istinadən yazıb.
ABŞ-ın Türkiyəyə “F-35” verməməsinin səbəbi ORTAYA ÇIXDI - İsraildən SENSASİYALI İDDİA
“Şəxsən mənim heç bir narahatlığım yoxdur. Çünki
bununla bağlı hərtərəfli bir razılaşma var”. Bunu
ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu “F-25”
qırıcıların Türkiyəyə satışı ilə bağlı ABŞ Konqresinin Nümayəndələr
Palatasında qəbul edilən qərarı şərh edərkən deyib.
Çavuşoğludan “F-35”lərlə bağlı ABŞ-a ULTİMATUM
Türkiyə və ABŞ-ın iyunun 4-dən sonra həyata
keçirməsi planlaşdırılan Münbiç planı Fərat çayının qərb sahilində
yerləşən terrorçuların bir ay içində bölgədən çıxarılmasını nəzərdə
tutulur. Bu haqda danışıqlara qatılan mənbələrə
istinadən “Anadolu” agentliyi bildirib.
Türkiyə və ABŞ razılaşdı - 3 mərhələli PLAN
Mayın 30-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti
olub. Söhbət zamanı Suriya münaqişəsi və iki dövlətin
energetika sahəsində əməkdaşlığı müzakirə
edilib.
İordaniyanın paytaxtı Əmmanda İran və israilli
səlahiyyətlilər arasında gizli görüş keçirilib. Bu
iddia ilə Səudiyyə Ərəbistanının Londonda dərc olunan “İlaf” qəzeti
çıxış edib.
İranla İsrail arasında ŞOK RAZILAŞMA - MOSSAD-la gizli görüşün DETALLARI
Suriyada Rusiya hərbi qulluqçularına hücumun
arxasında Amerikanın Et-Tanf bazasında hazırlıq keçmiş döyüşçülər
dayana bilər. Belə versiyaya Rusiyanın Müdafiə
Nazirliyində baxılır.
Bəzi məlumatlara görə, hücumdan 2 gün əvvəl Deyr-ez-Zor
əyalətinə Et-Tanf bazasında hazırlıq keçmiş döyüşçülər qrupunu
atıblar. Rusiyanın Müdafiə Nazirliyi hazırda sözügedən qrupun
hücumda iştirak edib-etmədiyini müəyyənləşdirir.
Xatırladaq ki, mayın 23-də döyüşçülər qrupu Suriya ordusunun
artilleriya batareyasına hücum edib. Döyüş bir saata yaxın davam
edib. Hücum nəticəsində 4 Rusiya hərbi məsləhətçisi həlak olub, 43
döyüşçünün zərərsizləşdirildiyi bildirilir.
ABŞ Prezidenti Donald Tramp fevral ayında Suriyada,
Deyrizorda ABŞ ordusunun təşkil etdiyi silahlı hücumun gizli
məqamlarını açıb.
Tramp ABŞ-ın 300 rus əsgərini öldürdüyünü ETİRAF ETDİ
“ABŞ Suriyaya zərbələr endirməklə hər gün beynəlxalq
hüququn normalarını tapdalayır. Dünyanın istənilən ölkəsi belə
hücumun obyekti ola bilər”. Bunu Suriya prezidenti
lideri Bəşər Əsəd “Russian Today” telekanalına müsahibəsində
deyib.
Suriya prezidenti bildirib ki, ABŞ Suriya ərazisindən
getməlidir.
Əsəddən ABŞ-a MESAJ: “Bu, gec-tez baş verməlidir”
Yaxın Şərqdə gedən son proseslər iki hərbi
ağırçəkili oyunçunun – İran və İsrailin addım-addım müharibəyə
yaxınlaşdığını göstərir. Belə olan halda, onlardan
kimin hərbi cəhətdən daha üstünlüyə malik olması sualı ortaya
çıxır. “GlobalFirepower.com” saytının topladığı məlumatlara əsasən,
ehtiyat qoşunlar da daxil olmaqla, İranın silahlı qüvvələrinin
ümumi sayı 934 min nəfər təşkil edir.
İsrail-İran müharibəsi baş verərsə qalib KİM OLAR? - Analitiklər AÇIQLADI
İsrail ilə Rusiya Suriyanın cənub sərhədinə rejim
qüvvələrinin nəzarət etməsi haqda razılığa gəliblər. Bu barədə
İsrailin “Kanal 10” televiziyası məlumat yayıb.
Razılaşmaya görə, İran, “Hizbullah” və ya hər hansı başqa birlik
bundan sonra Suriya sərhədində mövqe tuta bilməyəcək.
Rusiya müttəfiqini İsrailə niyə “SATDI?” – 9 may görüşünün SİRLƏRİ AÇILDI
“ABŞ da daxil olmaqla, dünyada heç kəs İranı milli
raket proqramını dayandırmağa məcbur edə bilməyəcək”.
Bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun (silahlı
qüvvələrin elit birlikləri –red.) komandanının müavini, briqada
generalı Hüseyn Salami bildirib.
İran ABŞ-ın ultimatumunu RƏDD ETDİ: “Dünyada heç kəs...”
İsrailin Baş naziri Benyamin Netanyahu 2011-ci ildə
İranla müharibəyə başlamaq barədə orduya göstəriş
verib. Bu sözləri yerli televiziyalardan birində
çıxışı zamanı MOSSAD-ın rəhbəri Tamir Pardo deyib.
Pardonun sözlərinə görə, Netanyahu 15 gün ərzində müharibəyə
başlamaq üçün ordu rəhbərliyinə əmr verib. Netanyahunun müharibə
əmrinin təlim xarakteri daşımadığını bildirən Pardo baş nazirin bu
qərarı ABŞ-a İranla bağlı təzyiq göstərmək üçün verildiyini qeyd
edib.
MOSSAD-ın keçmiş rəhbəri müharibə ilə bağlı əmrdən sonra istefa
vermək barədə düşündüyünü də qeyd edib.
Xatırladaq ki, İsrailin keçmiş baş naziri və 2011-ci ildəki
Netanyahu hökumətinin müdafiə naziri Ehud Barak ölkəsinin
2010-2011-ci illərdə İranı bombalamaq istədiyini açıqlamışdı.
ABŞ-ın Suriyanın şimalında PYD/YPG terror təşkilatı
ilə quracağı qeyri-qanuni “sərhəd gözətçiləri gücü”nə dəstəyini
açıqlayan Səudiyyə Ərəbistanı təşkilata maddi yardım
göndərib. Bu haqda Suriya müxalifətinə aid
“Baladi-News” portalı bildirib.
Xəbərə görə, PYD “Kuvvatu's-Sanadid” adlı qrupla birlikdə
Suriya-İraq sərhədində “sərhəd gözətçiləri gücü” üçün qeydiyyata
başlayıb. Qanunsuz hərbi birliyə qatılanların 2 il xidmət edəcəyi
və aylıq 200 dollar maaş alacağı bildirilir.
“Əl-Qaidə” terror təşkilatının lideri Üsəma bin
Ladenin oğlu Həmzə bin Laden Qərbi atasının qisasını almaqla
hədələyib. Həmzə həmçinin Səudiyyə Ərəbistanında
monarxiyanı devirməyi, müsəlmanların müqəddəs şəhərləri olan Məkkə
və Mədinəni tutmağı planlaşdırır. “RİA-Novosti” agentliyi onun
atasının yerini tutmağa nə dərəcədə bacarıqlı olduğunu
araşdırıb.
Bin Laden peyda olub QİSAS ANDI İÇDİ: Səudiyyə devriləcək, Məkkə ələ keçiriləcək, ABŞ... - DƏHŞƏTLİ PLAN
ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri
Polşa ABŞ-ı ölkədə zirehli tank diviziyasını
yerləşdirməyə çağırıb. Ölkənin Müdafiə Nazirliyi
“ABŞ-ın Polşada daimi olması üçün Təklif” adlı sənədi dərc
edib.
ABŞ-ın tank diviziyası Rusiya sərhədlərinə YAXINLAŞIR - Moskvadan HƏDƏ
Vaşinqton və Moskva arasında artan gərginlik
tezliklə başqa ölkələrlə ABŞ-ın münasibətlərinə ciddi təsiri
göstərə bilər. Bu haqda ABŞ-ın tez-tez “MKİ-nin
kölgəsi” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkətinin
materialında deyilir.
Dünya silah mafiyası ilə ÜZ-ÜZƏ – Amerika kəşfiyyatı dağıdıcı PLANIN DETALLARINI AÇDI
“Moskva Vaşinqtonla gərginliyin zəifləməsinə ümid
edirsə, Birləşmiş Ştatların daxili işlərinə müdaxiləsinə son
qoymalıdır”. Bu haqda Rusiya Xarici İşlər
Nazirliyinin başçısı Sergey Lavrovla telefon söhbəti zamanı ABŞ-ın
dövlət katibi Mayk Pompeo bildirib.
“Amerika Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Ancaq
Moskva bunun üçün Vaşinqtonda narahatlıq yaradan məsələlərin həlli
üzrə konkret addımların atılmasına hazır olduğunu nümayiş
etdirməlidir. Rusiya Birləşmiş Ştatların daxili işlərinə öz
müdaxiləsini dayandırmalıdır”, - Dövlət Departamentinin başçısı
deyib.
Amerikanın hərbi gəmiləri Çinin ərazi sularına
icazəsiz soxulub. Bu haqda Çinin Müdafiə Nazirliyinin
nümayəndəsi U Syan bildirib.
O təsdiq edib ki, “USS Antietam” raketləri ilə təchiz edilən
“USS Higgins” esminesi və kreyser Sişa adalarının 12 dəniz mili
məsafəsindən keçib. Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki,
Pekin cavab olaraq Cənubi Çin dənizi regionuna təyyarədaşıyan
gəminin daxil olduğu donanma qrupunu göndərib.
Dəhşətli müharibə başlayır - Donanma HƏRƏKƏTƏ KEÇDİ
ABŞ Baş Qərargahının sözçüsü general-leytenant
Kennet Makkenzi Çini təhdid edib. Çinin Cənubi Çin
dənizində yerləşən adaları silahlandırmasını şərh edən
general-leytenant ABŞ ordusunun Qərbi Sakit okeanında kiçik adaları
yox etməkdə təcrübəli olduğunu deyib.
“Məhv etmək bizim işimizdir” – ABŞ-dan MÜHARİBƏ ELANI kimi bəyanat
Çin yeni nəsilin nüvə silahının yaradılması
templərini sürətləndirir və buna ABŞ-dan daha tez nail
olacaq. Bu haqda “The Hill” qəzeti bildirib.
Dünya nüvə müharibəsinə YAXINLAŞDI – ABŞ-ın rəqibi barədə ŞOK İDDİA
ABŞ Prezidenti Trampın ölkəyə alüminium və polad
idxalına tətbiq etdiyi gömrük vergisi iyunun 1-dən qüvvəyə
minib. Vergi Avropa, Meksika və Kanadaya tətbiq
edilib.
Koreya böhranı
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Əmək
Partiyasının sədr müavini Kim Yen Çol ABŞ və KXDR liderlərinin
mümkün sammitinə hazırlıq haqqında danışıqları müzakirə etmək üçün
ABŞ-a səfər edib. Bu haqda mənbələrə istinadən
“Yonhap” agentliyi bildirib.
"The Japan Times" nəşri isə ABŞ administrasiyasındakı rəsmilərə
istinadən məlumat yayıb ki, Vaşinqton Pxenyanla apardığı
məsləhətləşmələrdə Şimali Koreya hakimiyyətindən 20 nüvə başlığının
ölkədən çıxarılaraq ABŞ-a göndərilməsinə razılıq verməsini tələb
edir.
ABŞ-ın Pxenyandan əsas tələbləri MƏLUM OLDU: əvəzində qida və…
ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri
Kim Çen Inın görüşü ərəfəsində Koreya Xalq Demokratik
Respublikasının (KXDR) hakimiyyəti Birləşmiş Ştatlardan
sanksiyaların ləğvini və iki ölkə arasında diplomatik
münasibətlərin qurulmasından tələb edib. Bu haqda
mənbəyə istinadən Cənubi Koreyanın “Chosun Ilbo” qəzeti
bildirib.
Mənbənin sözlərinə görə, əgər bu tələblər yerinə yetirilərsə,
Pxenyanın nüvə silahına sahib olmasına ehtiyac qalmayacaq.
Daha əvvəl KİV bildirirdi ki, Birləşmiş Ştatlar KXDR barəsində
yeni sanksiyaların tətbiqini qeyri-müəyyən vaxta kimi təxirə
salınması haqda qərar qəbul edib.
Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey
Lavrov mayın 31-də Pxenyanda Koreya Xalq Demokratik Respublikasının
(KXDR) bacısı Kim Çen Inla görüşüb. Bu haqda Rusiya
xarici siyasət idarəsinin tvitter səhifəsində bildirilir.
Rusiyalı nazir daha əvvəl bildirib ki, KXDR-ə qarşı tətbiq
olunan sanksiyalar tam ləğv olunmadan ölkənin nüvə problemini həll
etmək mümkün deyil.
Mayın 31-də həmçinin Kim Çen Inın sağ qolu olan general Kim Yon
Çxol ABŞ-a gedib. O, 18 ildən sonra ABŞ torpaqlarına gedən ilk ali
səviyyəli Şimali Koreya məmuru olub.
İyunun 1-də Donald Tramp Kim Yon Çxolla
görüşüb. Görüşdə bir çox məsələləri, o cümlədən
sanksiyaları müzakirə edilib.
Ukrayna
Ukrayna və Donbasdakı “respublikalar” arasında hərbi
qarşıdurma 4 ildir davam edir. Ekspertlər və
diplomatlar münaqişənin həlli üçün zaman-zaman müxtəlif təkliflər
irəli sürübülər, hadisələrin inkişafına dair versiyalar
səsləndiriblər.
Rusiyanın “topcor.ru” saytı hadisələrin inkişafı üzrə proqnoz
xarakterli üç variant irəli sürüb.
Putinə Ərdoğan nümunəsi və müharibənin ÜÇ VARİANTI: Rusiya hərəkətə KEÇƏCƏKMİ?
Rusiya zəbt edilmiş Krımda nüvə arsenalının
yerləşdirməyə aktiv hazırlaşır. BMT Təhlükəsizlik
Şurasının xüsusi iclasında Ukraynanın xarici işlər naziri Pavel
Klimkin bildirib.
“Krımın işğalı demək olar ki, yarımadada Rusiyanın hərbi
potensialının iki dəfə güclənməsinə və nüvə silahının
yerləşdirilməsi üçün infrastrukturun genişləndirməsinə gətirib
çıxarıb. Krım bu gün Rusiyanın böyük hərbi bazasıdır", - Klimkin
deyib.
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin
cənubi-şərqində münaqişənin güc yolu ilə həll variantını rədd
edib. Poroşenko həmçinin Kiyevin kapitulyasiyanı rədd
etdiyini bildirib.
“Mən sülhə gedən yolda iki sonuncu addımı rədd edirəm:
milyonlarla insanın həyatına son qoyacaq hərbi hücum və
kapitulyasiya”,- o dəqiqləşdirib.