"Real" və Xorvatiya millisinin üzvü Mateo Kovaçiçin ötən gün İnstagram hesabında etdiyi paylaşım "Liverpul" azarkeşlərinin hiddətinə səbəb olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Anfield Road"da keçiriləcək Xorvatiya - Braziliya yoldaşlıq oyunundan öncə "Real"ın bir neçə futbolçusu "Liverpul"un emblemi önündə şəkil çəkdirib. Bu fotolarda Kovaçiçlə yanaşı, onun "Real"da forma geyinən komanda yoldaşları Modric, Kasemiro və Marselo da yer alıb. Marselonun Mersesayd klubunun embleminə baxaraq gülməsi azarkeşlərdə xüsusilə qıcıq oyadıb. Onlar bunu məsxərə kimi qəbul ediblər.

Xatırladaq ki, Çempionlar Liqasının finalında "Real" Liverpul"u 3:1 hesabıyla məğlub edərək kuboku başı üzərinə qaldırmışdı.

Milli.Az