Yəmən sahillərində gəminin qəzaya uğraması nəticəsində ən azı 46 Efiopiya vətəndaşı ölüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində daha 16 nəfər itkin düşüb. Gəmi Somali limanından çərşənbə axşamı çıxıb.
Gəminin göyərtəsində 100 nəfər olub, onlar ölkəni iş axtarışı məqsədi ilə tərk ediblər.
Milli.Az