Ermənistanı qorxudan SİLAHLAR, əsrin SAZİŞİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
·80 baxış·5 dəq oxu
Azərbaycan Respublikası ilə Belarus Respublikası
arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən 301
mm-lik “Polonez”lər ordumuzun silahlanmasına daxil edilib. İtaliya
Suriyanın Deyr əz-Zor bölgəsində olan YPG-PKK qruplaşmasına dəstək
olması üçün Suriyaya hərbçilərini göndərib. Sinqapurda ABŞ
prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında
çoxdan gözlənilən tarixi görüş keçirilib. Kiyev terrorizm və irqi
diskriminasiyanın maliyyələşdirilməsi haqqında iş üzrə Rusiyadan
BMT məhkəməsinə şikayət edib.
Bu gün Türkiyənin Əskişəhər şəhərində Transanadolu
boru kəməri (TANAP) layihəsinin açılış mərasimi
keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham
Əliyev,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti
Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç və digər yüksək
vəzifəli rəsmilər də iştirak ediblər.
TANAP-dan ilk qaz qəbul olundu - FOTO/VİDEO (YENİLƏNDİ)
Azərbaycan Respublikası ilə Belarus Respublikası
arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən 301
mm-lik “Polonez”lər ordumuzun silahlanmasına daxil
edilib.
Azərbaycan Ordusunda düşməni yerlə yeksan edəcək DƏHŞƏTLİ RAKETLƏR - FOTO/VİDEO
“POLONEZ” Belarus, “LORA” isə İsrail istehsalıdır.
Azərbaycan hər iki ölkə ilə hərbi əməkdaşlığını
genişləndirir. Azərbaycan Ordusunun arsenalına daxil
edilən bu iki raket kompleksi Ermənistanda ciddi narahatlıq
yaradıb.
“Lragir” saytı yazır ki, Belarus və İsrail Ermənistana zərbə
vurdu.
Lukaşenko və Netanyahudan İrəvana ZƏRBƏ - Düşmən ordumuzun bu silahlarından QORXUYA DÜŞDÜ
“Azərbaycan ərazilərini işğal altında saxlamaq azmış
kimi, Ermənistan ianə olaraq qəbul etdiyi “İskander”
taktiki-operativ raketləri ilə dövlət başçısı səviyyəsində
Azərbaycanın şəhərlərini vurmaqla təhdid edir və bununla öyünməkdən
utanmırdı”. Bu sözləri XİN-in mətbuat xidmətinin
rəhbəri Hikmət Hacıyev Azərbaycan tərəfindən "Polenez" və LORA
tipli uzunmənzilli raketlərin əldə edilməsinin Ermənistanda ciddi
narahatlıq yaratmasını şərh edərkən deyib.
XİN: Azərbaycan da müdafiə qabiliyyətini artırmağa davam edəcək
“DQR” “prezidenti”, işğalçı rejiminin başçısı Bako
Saakyan 2020-ci ildə keçiriləcək “prezident seçkilərində” öz
namizədliyini irəli çəkməyəcək. B.Saakyan bunu erməni
telekanallarına verdiyi müsahibəsində bəyan edib.
O xatırladıb ki, "Konstitusiyaya” uyğun olaraq, “ümummilli
prezident seçkiləri” 2020-ci ildə keçiriləcək: “ Mən rəsmən
bildirmək istəyirəm ki, prezident postuna namizəd olmayacağam".
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail
səlahiyyətliləri Cənubi Kiprdə İranın bölgədəki təsirinə qarşı
mübarizə məqsədilə gizli görüş keçiriblər. Bu iddia
ilə ABŞ-ın “New Yorker” jurnalı çıxış
edib.
Xəbərə görə, Amerikanın kəşfiyyat xidmətləri 2016-cı ildə BƏƏ və
İsrailin yüksək səviyyəli səlahiyyətlilərinin Kiprdə gizli bir
görüşü barədə məlumat əldə ediblər. Buna baxmayaraq, ABŞ-ın keçmiş
prezidenti Barak Obamaya İrana qarşı aparılan gizli danışıqlarla
bağlı heç vaxt məlumat verilməyib.
İsrail ilə BƏƏ arasındakı rəsmi diplomatik əlaqələrin olmamasına
baxmayaraq, hər iki ölkə İranın bölgədəki təsirinə qarşı çıxır.
İtaliya Suriyanın Deyr əz-Zor bölgəsində olan
YPG-PKK qruplaşmasına dəstək olması üçün Suriyaya hərbçilərini
göndərib. Bu barədə “Anadolu” agentliyi yerli
mənbələrə istinadla informasiya yayıb.
Məlumata görə, təxminən bir həftə əvvəl Suriyanın şimalında
YPG-PKK nəzarətindəki ərazilərə İraq bölgəsindən İtaliya əsgərləri
daxil olub. Əsgərlər əvvəlcə Hasekə, daha sonra isə Deyr əz-Zora
gəlib. Burada italiyalı əsgərlər Ömər neft yatağı ərazisindəki ABŞ
hərbi bazasında məskunlaşıblar.
Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali
Koreya lideri Kim Çen In arasında çoxdan gözlənilən tarixi görüş
keçirilib. Görüşün sonunda sammitin yekun sənədi
imzalanıb.
Hər iki lider yekun sənədi kompleks və ətraflı adlandırıb.
Tramp və Kim Çen In arasında TARİXİ GÖRÜŞ - Bəyannamə İMZALANDI - FOTO/VİDEO (YENİLƏNDİ)
“Koreya Xalq Demokratik Respublikası raket
mühərriklərinin sınağı üzrə poliqonu məhv etdi, daha sonra orada
sınaqdan keçirilən raketlər də məhv ediləcək”. Bunu
ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının
(KXDR) lideri Kim Çen Inla Sinqapurda baş tutan görüşün nəticələri
ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Tramp həmçinin görüşün nəticələri ilə bağlı bır sıra məsələlərə
aydınlıq gətirib.
Tramp Kim Çen Inla görüşündən DANIŞDI: "Koreyanın raketləri tezliklə məhv ediləcək”
“Ukraynada anlayırlar ki, Ukrayna Silahlı Qüvvələri
Rusiya ilə müharibəyə hazır deyil”. Bu haqda Ukrayna
Birləşmiş güclərin əməliyyat qərargahının böyük zabitinə istinadən
“Strana.ua” yazıb.
Onun sözlərinə görə, Moskva ilə münaqişə halında, nə Ukrayna
dövləti, nə də ordu belə müharibəni aparmaq gücündə olacaq. Zabit
həmçinin əlavə edib ki, Kiyev Xarkov, Çerniqov və ya Sumsk
vilayətlərinin sərhədlərində kifayət qədər hərbi kontingentə malik
deyil.
“Ukraynada sadəcə o qədər döyüş bacarığı olan bölmə yoxdur ki,
Rusiya ilə müharibə apara bilsin”, - nəşrin mənbəyi vurğulayıb.
Kiyev terrorizm və irqi diskriminasiyanın
maliyyələşdirilməsi haqqında iş üzrə Rusiyadan BMT məhkəməsinə
şikayət edib. Bu haqda ölkə prezidenti Pyotr
Poroşenko bildirib.
Sənəd 2017-ci ildə Ukrayna hakimiyyəti tərəfindən təşəbbüs
edilmiş proses çərçivəsində beynəlxalq məhkəməyə təqdim ediləcək.
Kiyev Rusiyanı, xüsusi halda, qanunsuz silah çatdırılmasında,
həmçinin Krım tatarlarının diskriminasiyasında ittiham edib.
“Rusiyaya qarşı iş üzrə memorandumun təqdim edilməsi o deməkdir
ki, Rusiya bütün qeyri-qanuni hərəkətlərinə görə məsuliyyət
daşıyacaq”, - Poroşenko feysbuk səhifəsində yazıb.
Daha əvvəl Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel
Klimkin bildirib ki, memorandum 29 cilddən ibarətdir və təxminən 90
kiloqram çəkiyə malikdir.