Moskva avqustun 30-da Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya növbəti səfərinə hazırlaşır.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti ilə Kremldə görüşündə bildirib.
“Bizim ikitərəfli münasibətlərimizə gəlincə, biz onları sizin avqustun 30-da Rusiyaya səfəriniz zamanı əsaslı və dərindən müzakirə edəcəyik”, - Putin deyib.