Lənkəranda iki maşın toqquşdu: xəsarət alanlar var

Lənkəranda iki maşın toqquşdu: xəsarət alanlar var
07:48 19 İyun 2018
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda yol qəzası olub. Hadisə şəhər ərazisində qeydə alınıb.

Qəza zamanı “10-LX-307” və “42-BJ-999” dövlət nömrə nişanlı iki "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə iki nəfər xəsarət alıb.

Bunlar Masallı rayonunun Boradigah qəsəbə sakini, 1986-cı il təvəllüdlü Cavid Rafiq oğlu Novruzov və Lənkəran sakini, 1996-cı il təvəllüdlü Elvira Adıgözəl qızı Əlizadədir.

Yaralılardan C. Novruzovun vəziyyəti yüngül olduğundan ona hadisə yerində yardım göstərilib. E. Əlizadə isə təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/244742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR