"Qarabağ" o futbolçuya 400 min avro maaş təklif etdi - Xarici media AÇIQLADI

"Qarabağ" o futbolçuya 400 min avro maaş təklif etdi - Xarici media AÇIQLADI
15:13 19 İyun 2018
160 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ”ın heyətinə qatmaq istədiyi Zimbabve millisinin üzvü Xama Billiata təklif etdiyi maaşın məbləği açıqlanıb.

Publika.az xəbər verir ki, Zimbabve mətbuatı maaşın məbləğinin 400 min avro olduğunu yazıb.

İddiaya görə, Ağdam klubu 27 yaşlı futbolçuya illik 400 min avro təklif edir.

Hücumçunun formasını geyindiyi CAR-ın "Mamelodi Sandaunz”la müqaviləsi bu ayın sonu başa çatır. Bundan sonra o, azad agent kimi istədiyi komandanı seçə biləcək.

Qeyd edək ki, Xama "Mamelodi Sandauz"un heyətində Afrika Çempionlar Liqasının qalibi olub.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/244765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR