Azərbaycan nümayəndə heyəti “Rəqəmli Bacarıqlar Şəbəkəsi”nin iclasında iştirak edib

Azərbaycan nümayəndə heyəti “Rəqəmli Bacarıqlar Şəbəkəsi”nin iclasında iştirak edib
17:35 20 İyun 2018
Ölkə mətbuatı
A- A+

Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" təşəbbüsü çərçivəsində təşkil edilmiş "Rəqəmli Bacarıqlar Şəbəkəsi"nin növbəti iclası Latviyanın paytaxtı Riqa şəhərində keçirilib. İclasda Şərqi Avropa ölkələrinin rəqəmli iqtisadiyyatı, rəqəmli hazırlıq və elektron bacarıqlarının inkişafı mövzusu ətrafında müzakirələr aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrinin iştirak etdiyi iclasda "Rəqəmli Bacarıqlar Şəbəkəsi" çərçivəsində Şərqi Avropa ölkələrində həyata keçiriləcək pilot layihələr müzakirə edilib.

Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktoru Rauf Cabarov isə ölkəmizdə rəqəmli hazırlığın vəziyyəti barədə məruzə ilə çıxış edib.  

Qeyd edək ki, "Rəqəmli Bacarıqlar Şəbəkəsi" Avropa Birliyinin "Rəqəmli bazarların  harmonizasiyası" adlı irimiqyaslı təşəbbüs çərçivəsində təşkil edilib və altı mövzu üzrə olan şəbəkələrdən biridir.
 




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-55102-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR