Su anbarında batmaq təhlükəsilə üzləşən şəxs xilas edilib

Su anbarında batan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində, 1 nəfər su anbarında çimərkən batmaq təhlükəsilə üzləşib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Əməliyyat başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR