Rusiyada keçirilən Dünya Çempionatının 1/8 finalına yüksələn ilk iki komanda artıq bəlli olub.

Publika.az xəbər verir ki, ikinci matçından qalibiyyətlə ayrılan Uruqvay Səudiyyə Ərəbistanını 1:0 hesabı ilə məğlub edərək xalını 6-ya çatdırıb və son 16-lar turuna yüksəlməyi bacarıb.

A qrupun digər bir üzvü Rusiya da eyni nəticə ilə növbəti mərhələyə yüksəlib. İlk matçında ev sahibi Rusiyaya 5:0 hesabı ilə məğlub olan Səudiyyə Ərəbistan ikinci matçına 1 xal ümidi ilə çıxıb. Lakin 23-cü dəqiqədə Luiz Suaresin qolu matçın taleyini həll edib.

Beləliklə, həm Rusiya, həm də Uruqvay növbəti mərhələyə yüksəlməyi təmin edib. Misir və Səudiyyə Ərəbistanı isə qrupda xal ilə tanış ola bilməyib.

Turnirin II turu çərçivəsində bu gün Danimarka Avstraliya, Argentina Xorvatiya, Fransa isə Peru ilə qarşılaşacaq.

Zümrüd