Xəbər verdiyimiz kimi, Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinə yeni rəhbər təyinatı olub.

Metbuat.az-ın məlumatına görə, Firad Fuad oğlu Əliyev respublika hərbi prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri təyin edilib.

Qeyd edək ki, Firad Əliyev 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirib. 2004-cü ildə isə F.Əliyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Magistr təhsil pilləsini isə yenə də fərqlənmə ilə bitirib. 2005-ci ildən isə Prokurorluq orqanlarında xidmət edir.

Firad Əliyev kimdir?

Günay Elşadqızı / METBUAT.AZ