Rusiyada keçirilən dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, bu gün mundialda daha 3 qarşılaşma oynanılacaq.

Günün ilk matçında Braziliya Kosta Rika ilə qarşılaşacaq. “Pentakampeonlar” bu dəfə də qələbə qazana bilməsə, növbəti mərhələ şansları çətinə düşəcək.

Nigeriya - İslandiya qarşılaşmasının nəticəsi də çox maraqla gözlənilir. Qeydə alınacaq hesab bu iki komanda ilə bərabər Argentina üçün də əhəmiyyətli olacaq.

Serbiya - İsveçrə qarşılaşmasının qalibi isə növbəti mərhələni təmin edəcək. Heç-heçə isə daha çox Braziliyaya sərf edəcək.

DÇ-2018. 2-ci tur

22 iyun

E qrupu

16:00. Braziliya – Kosta Rika

Baş hakim: Byörn Kyupers (Hollandiya)

Sankt Peterburq. “Sankt Peterburq Stadionu”

22:00. Serbiya – İsveçrə

Baş hakim: Feliks Brix (Almaniya)

Kalininqrad. “Kalininqrad Stadionu”

Turnir cədvəli

1.

Serbiya

1

1

0

0

1:0

3

2.

İsveçrə

1

0

1

0

1:1

1

3.

Braziliya

1

0

1

0

1:1

1

4.

Kosta Rika

1

0

0

1

0:1

0

D qrupu

19:00. Nigeriya – İslandiya

Baş hakim: Matt Konger (Yeni Zelandiya)

Volqoqrad. “Volqoqrad Arena”

Turnir cədvəli

1.

Xorvatiya

2

2

0

0

5:0

6

2.

İslandiya

1

0

1

0

1:1

1

3.

Argentina

2

0

1

1

1:4

1

4.

Nigeriya

1

0

0

1

0:2

0