Yaşıl çay xüsusilə Çin və Hindistanda illərdir içilən və faydaları bilinən bir çay növüdür.
Metbuat.az xəbər verir ki, çay dünya miqyasında sudan sonra ən çox içilən içkidir. Yaşıl çayın istifadəsi təxminən 5000 il əvvələ qədər gedib çıxır.
Beyini qorumasından diş çürüklərinin qarşısını almasına qədər bir çox faydası olan yaşıl çay arıqlamaq üçün də istifadə olunur. Bir çox xərçəng növlərinə qarşı qoruması da yaşıl çayın faydaları sırasındadır.
Bundan başqa yaşıl çay olduqca güclü bir antioksidandır. Yaponiyada edilən bir araşdırmada yaşıl çay içən adamların şəkər xəstəliyinə tutulma riskinin 42 faiz daha aşağı olduğu bildirilmişdir. Yaşıl çayın tərkibindəki maddələr diş sağlamlığı faydalıdır, çürük yaranmasına səbəb olan bakteriyalara təsir edərək çürümənin qarşısını alır. Eyni zamanda ağız qoxusunun qarşısını alır.
Ürək xəstəlikləri və infarkt kimi xəstəliklər dünyadakı ən böyük ölüm səbəbləridir. Bu faydalı çay ürək xəstəliklərinə tutulma riskini azaldır.
Qara ciyərə fayda verməsi də yaşıl çayın faydaları arasında yer alır. Davamlı istifadə edildikdə dəridə yaranan problemlərə qarşı da faydalı olur.
Dadının bir az acı olması səbəbi ilə bəzi insanların çox xoşlamadığı bu çayı bal və ya darçınla dadlandıraraq içmək mümkündür. Bundan başqa dadının acı olmaması üçün qurudulmuş yaşıl çay yarpaqları qaynamış suyun içində çox saxlanılmamalıdır.
İstifadə etməzdən öncə həkimlə məsləhətləşmək tövsiyyə olunur.