Türkiyənin sahil-mühafizə xidməti Aydın vilayəti yaxınlığında 38 qeyri-leqal miqrantı saxlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, saxlanılanlar Mərkəzi Afrika Respublikası, Suriya, İraq, Somali vətəndaşları olub.

Qeyd olunur ki, miqrantlar qeyri-leqal yollarla Yunanıstana keçməyə çalışıb.

Miqrantların Türkiyədən deportasiya olunacağı gözlənilir.

Milli.Az