Ordu və əsgər deyiləndə ağla nə gəlir? Əminik ki, bir çoxunuz ciddi, güclü, cəsur əsgərlər və ordu birliklərini düşünürsünüz. Ancaq bu dəfə sizə qeyri-adi ordulardan danışacağıq. Öyrəşdiyimiz ordulardan və qaydalardan fərqli olan bu əsgərlər və keçdiyi çətinliklər hamınızı təəccübləndirəcək.


1. Qeyri-adi və bir o qədər də qorxulu geyimlərilə dünyanın diqqətini çəkən Tayvan ordusunun keçdiyi təlimlər çox fərqlidir. Orduda yer ala bilmək üçün 9 həftəlik çətin təlim müddətindən keçməli olan kişilər bu müddətin sonunda heç kimin cəsarət edə bilmədiyi imtahanı keçmək məcburiyyətindədilər. 15 metr hündürlüyündəki sərt və iti qaya parçalarıyla dolu olan yolda əllərindən istifadə etmədən getmək məcburiyyətində olan əsgərlər bu müddət ərzində çox ağrı çəkirlər. Ancaq bu yolun sonunda onlara sevdiklərinin mehriban qucaqlamağı və orduda yer ala bildikləri üçün böyük qürur qalır.

Dünyanın ən böyük HƏRBİ QÜVVƏSİ

Dünyanın ən böyük HƏRBİ QÜVVƏSİ

2. “Ruh Ordu” Amerika ordusunun İkinci Dünya Müharibəsi illərində Almaniya ordusunu aldatmaq üçün istifadə etdiyi gizli birlikdir. Müharibə illərində və sonrakı müddətdə uzun illər gizli saxlanılan bu birlik 2000-ci illərin əvvəlində “Ghost Army” adı ilə tanınmağa başlayıb. Bəs, bu ordunun “Ruh Ordu” adlandırılmasının və qeyri-adi sayılmasının səbəbi nədir? 1100 nəfərlik bu birlik Fransaya girəndən müharibənin sonuna qədər keçən müddətdə, alman birliklərini aldatmaq üçün saxta tanklar, səsli yük maşınlar, saxta radio əlaqələndiriciləri kimi maşın, avadanlıq və sənədlər hazırlayıblar. Bu orduyla bağlı ən qeyri-adi məqam isə budur ki, birliyin içərisində həqiqi əsgər yoxdur. Rəssamlardan memarlara, aktyorlardan səs texniklərinə qədər bir çox bacarıqlı və yaradıcı insandan ibarət olan ordu müharibənin qazanılmasında çox təsirli olub. Son olaraq onu da deyək ki, ordu üzvləri əhali arasına qarışaraq Amerika generallarını təqlid edərək onları izləyən alman agentlərinin qulağına çatması üçün yalan məlumatlar yayırlarmış.

Dünyanın ən böyük HƏRBİ QÜVVƏSİ

Dünyanın ən böyük HƏRBİ QÜVVƏSİ

3. Dünya ölkələrinin çoxunda ordu tərəfindən istifadə edilən qaydalar Afrikadakı bəzi ordular tərəfindən istifadə edilmir. Özlərinin yerli rəqs fiqurlarını orduyla birləşdirən afrikalı əsgərlər ortaya qeyri-adi görüntülər çıxarıblar. Bundan əlavə, təlimlərdə atəş sırasında silahlardan istifadə etməyən afrikalı əsgərlər öz ağızları ilə partlayış və silah səsi çıxarırlar. Bunun səbəbi isə ordudakı digər dostlarını riskə atmaq istəməmələridir.

Dünyanın ən böyük HƏRBİ QÜVVƏSİ

4. Qadınların müntəzəm olaraq məcburi hərbi xidmətə aparıldığı yeganə ölkə İsraildir. İsrail qadınları 21 aylıq məcburi hərbi xidmət keçməli olurlar. Müharibə bölgələrində xidmət keçən qadın əsgərlər münaqişəyə qatılmırlar, amma eyni qərargahlarda kişilər kimi təhsil alırlar, eyni şəraitdə yaşayırlar və eyni onlar kimi növbədə dayanırlar.

Dünyanın ən böyük HƏRBİ QÜVVƏSİ

Dünyanın ən böyük HƏRBİ QÜVVƏSİ

Dünyanın ən böyük HƏRBİ QÜVVƏSİ


5. San Marino İtaliya sərhədləri daxilində kiçik bir dövlətdir və dünyanın ən kiçik ordusuna malikdir. San Marino ordusunda könüllülərdən ibarət olan 225 nəfər var. Bu kiçik ordunun əsas vəzifələri rəsmi mərasimlərdə iştirak etmək, sərhədlərin qorunması, hökumət binalarının mühafizəsi, böyük cinayət işlərində cinayətkarların tutularaq polisə təslim olunması kömək etməkdir. Bu kiçik ordudan başqa, təxminən 700 nəfərlik heyətlə San Marinoda Polis Şöbəsi də fəaliyyət göstərir.

Dünyanın ən böyük HƏRBİ QÜVVƏSİ

6. Bonus ordusu adlandırılan bu ordudakı əsgərlər isə atəş təlimlərində həqiqi hədəfləri vurmaq əvəzinə kompüter oyunlarında hədəf kimi göstərilən quşu vururlar. Çoxları bu görüntülərin real olmadığını düşünürlər. Ancaq xarici ölkələrin bəzilərində orduda əsgərlər hədəfi vurmaq üçün bu qeyri-adi üsuldan istifadə edirlər.

Dünyanın ən böyük HƏRBİ QÜVVƏSİ

7. Çin ordusundakı əsgərlərin ağır şəraitdə hərbi xidmət keçmələri də diqqət çəkir. Onlar mənfi 20 dərəcə soyuqda təlim keçirlər. Təlim sırasında Çin Xalq Qurtuluş Ordusuna bağlı olan əsgərlərin kiprikləri buz bağlayır. Təlimlər hər çərşənbə axşamı keçirilir. Qeyd edək ki, Çin Xalq Qurtuluş Ordusu 2.3 milyon üzvü ilə dünyanın ən böyük hərbi qüvvəsi kimi qəbul edilir.

Dünyanın ən böyük HƏRBİ QÜVVƏSİ

Dünyanın ən böyük HƏRBİ QÜVVƏSİ

Dünyanın ən böyük HƏRBİ QÜVVƏSİ

Dünyanın ən böyük HƏRBİ QÜVVƏSİ

Dünyanın ən böyük HƏRBİ QÜVVƏSİ

Dünyanın ən böyük HƏRBİ QÜVVƏSİ

Günay Elşadqızı / METBUAT.AZ

“Bugünkü hərbi parad düşmənlərimizə mesaj idi” - AÇIQLAMALAR