Stilist Pərviz Mirzəyev şou-biznesdə olan məşhurların imicini dəyişməkdə davam edir.

Metbuat.az-ın moderator.az-a istinadən verdiyi məlumata görə, imic ustası bu dəfə müğənni Afaq Aslanın stilini dəyişib. Pərviz Afaqın qara saçların açıq pariklə əvəzləyib. Makiyajını isə fərqli üslubda bəzəyib.

A.Aslan yeni imici barədə bu sözləri deyib: “Daim eyni üslubda olurdum. Pərvizin sayəsində imicimi 1 günlük də olsa dəyişdim. Evə gəldim və anam mənə dedi ki, Afaq, başqa adama oxşayırsan. Daim fərqlilik etmək lazımdır. Onun üçün də dəyişiklik etdirdim”.


Faiq Ağayev adını, soyadını və imicini DƏYİŞDİ - FOTOLAR - Oxumaq üçün tıkla