Neftçilər prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, iyunun 25-də saat 18 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Emil Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Sevda Salamovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Faiq Ağayev adını, soyadını və imicini DƏYİŞDİ - FOTOLAR - Oxumaq üçün tıkla