Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən İsveçrə - Kosta Rika matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, qarşılaşmanın ən yaxşısı İsveçrə yığmasının yarımmüdafiəçisi Blerim Dzemaili seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, İsveçrə yığması bu oyunda 2:2 hesablı heç-heçəyə razılaşıb. Komandasının ilk qolunu da məhz İtaliyanın "Bolonya" klubunda çıxış edən Dzemaili vurub.

Milli.Az