Günvurma zamanı nə etməliyik?

Yay fəsli gəldiyindən artıq ölkə ərazisində yüksək temperaturlu hava şəraiti hökm sürür. Qızmar istilər günvurma və isti vurma hallarının çoxalmasına səbəb olur.

Bəs bu hallar zamanı ilk tibbi yardım necə göstərilməlidir?

Məsələ ilə bağlı tibb elmləri doktoru Adil Qeybulla Metbuat.az-a açıqlama verib. Həkim bildirib ki, günvurma uzun müddət, xüsusilə də saat 12-6 arası günəş şüaları altında qaldıqda baş verir. Günvurmaya bütün insanlar məruz qala bilər, lakin risk qrupu əsasən 5 yaşdan kiçik uşaqlar və 65 yaşdan böyük insanlar, şəkərli diabet, arterial hipertenziya kimi xroniki xəstəliyi olan şəxslər və açıq havada günəş altında işləyənlər məruz qalırlar:

"Günvurma və istivurma hadisələri zamanı xəstələrdə təzyiqin düşməsi, soyuq tərin axması, bayılma, halsızlıq, zəiflik, ürəkbulanma şikayətləri olur.
Günvurma zamanı ilk tibbi yardım göstərmək üçün qeyd etdiyimiz əlamətlər müşahidə olunan şəxs təcili soyuq və sərin yerə aparılır. Başa və bədənə nəm dəsmal qoyulur. Bu situasiyadan sonra dərhal həkim çağırılır və xəstə yaxınlıqdakı həkim məntəqəsinə aparılır".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR