Son olaraq "Fazilet hanım ve kızları" serialında Gökhan obrazını canlandıran aktyor Tolqa Güleçin Kuruçeşmə istiqamətində balıqçılarla mübahisə etdiyi və əlbəyaxa davada yaralandığı barədə xəbər yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu məlumatın yayılmasına səbəb aktyorun "Facetime"dan keçmiş həyat yoldaşı Yeliz Şarla danışdığı görüntülərdir.

Məsələ ilə bağlı Tolqanın meneceri danışıb. O bildirib ki, Güleç heş kiminlə dava etməyib, yayılan görüntülər köhnədir və serial şəkilişi zamanı üzündə edilmiş qrimdir.

Milli.Az