Meydan TV çökür?

Meydan TV-nin rəhbəri Emin Milli videomüraciət yayaraq, deyib ki, xalqdan çox yox, bir balaca dəstək istəyir.

Metbuat.az xəbər verir ki, ötən gün Sahib Məmmədov da bu barədə saytımıza belə demişdi: " Bu qarşıdurmalar zaman-zaman olub, bəzən də əndazəsindən çıxıbdır. Son zamanlar bu qarşıdurmaların yaranmasının əsas səbəbi odur ki, seçkilər zamanı bütün xaricdəki bu şəbəkələr tələsik seçki müddətinə kölgə salmaq üçün fəalliyyətə başladılar və uğursuzluğa düçar oldular. İndi verilən vəsaitlər azalıb, Emin Milli ordan ianə toplamaq barədə status yazır, biri bu tərəfdən qəribə çağırışlar edir. Resurslar azalır, xaricdə hərə bir "TV" domeini alıb, adını internet tv qoyur və başlayır Azərbaycan əleyhinə fəaliyyət göstərməyə. Nəticədə bu adamların özü arasında böyük konfliktlər yaranır. Antimilli qüvvələrə heç kim inanmır, çirkaba batan, Avropada milyonlar dəyərində mülkləri olanların sözlərinə kim inanasıdır? Leyla Yunus korrupsiyadan danışır, amma özünə deyən lazımdır ki, sən Amsterdamda 1 milyon 200 min avro dəyərindəki daşınmaz əmlakı nə ilə almısan, Praqada 3 mənzil, Antalyada satışa çıxardığın mənzili hansı pullarla almısan? Satqınlıq və erməni lobbisinin verdiyi pullarla özlərinə güzəran qururlar və məsələ bundadır ki, satqınlığı da tam edə bilmirlər. Leyla Yunus proseslərdə üzdə deyil, o, həmişə proseslərin arxasında olmağı xoşlayır. İndi əsas konflikt Meydan TV, Turan TV və sair arasında gedir. Yəqin ki, bu vəsaitlərin azalması ilə bağlıdır."

Daim Azərbaycan əleyhinə fəaliyyət göstərən Meydan TV-nin fəaliyyəti barədə söz açarkən, xüsusilə, xatırlatmaq lazımdır ki, adıçəkilən media qurumunun saytının ingilis dilli xəbərlər versiyasında qondarma erməni soyqırımının tanınması haqqında çağırışlar daim səslənib.

"Səs" qəzetində yazılır ki, E.Milli yalnız Yaromir Ştetina kimi Azərbaycan dövlətinə və xalqına düşmən kəsilənlərlə deyil, bu günün özündə digər ermənipərəst avrodeputat, Avropanın lesbiyanlar assosiasiyasının və Avroparlamentin vitse-prezidenti Ulrik Luçaneklə yaxın münasibətlərini saxlayaraq, anti-Azərbaycan istiqamətli fəaliyyətini davam etdirməkdədir. Belə şəxslərin isə Azərbaycan əleyhinə kampaniyalar təşkil etmələri normal müxalifətçilik mövqeyində olan tərəflərin də hiddətinə səbəb olmaqdadır.

Bu günə qədər E.Millinin xəyanətlərini Çexiyaya mühacirət etmiş Mətanət Əzizova və digər şəxslər də ittiham edib. Həmin ittihamlar isə artıq davamlı şəkil almaqdadır. Bu dəfə "Meydan" TV rəhbərinin xəyanətkar və satqınçılıq fəaliyyəti Avropada mühacir həyatı yaşayan Zamiq Məmmədli tərəfindən "topa" tutulub. Məsələn, Z.Məmmədli bununla bağlı deyib ki, E.Milli heç də xaricdə Azərbaycanın milli maraqlarını qorumur, əksinə, düşmən dəyirmanına su tökməklə, bu maraqları ayaq altına atır.

Yaromir Ştetina 1990-cı ildən başlayaraq, bütün karyerası boyunca separatçılara işləyib və Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması istiqamətində təbliğat işləri aparır

Azərbaycanlı mühacir "Meydan" TV ilə bağlı daha bir əhəmiyyətli məqama toxunub. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, bu qurumun ingilis dilli xəbərlər versiyasında qondarma erməni soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması ilə bağlı müraciət yayılıb. "Bundan əlavə, orada Azərbaycan əleyhinə ittihamlar yer alıb. Həmin mətnin müəllifi hansısa Renata Axundovadır ki, bu adda adam, ümumiyyətlə, təbiətdə yoxdur. Mən əminəm ki, bu müraciətin mətnini elə E.Millinin özü yazıb. Mənim sözüm E.Milliyə və Həbib Abdullayevədir (Həbib Müntəzir-R.N.), qoy onlar saytda qoyduqları resvayedici müraciətlərini yığışdırsınlar".

"

"Bu kimi teatrlaşdırılmış səhnə qondarma erməni soyqırımını tanımağ çağırışı edən "Meydan" TV-nin əsas məqsədini gizlətmir"

Avroparlamentlə bağlı daha bir maraqdoğurucu məqam bəlli olub: Avroparlamentin başabəla tədbirindən və həmin tədbirin sponsorlarının kimlər olduğu üzə çıxdıqdan sonra, E.Milli və X.İsmayıl tələsik şəkildə öz mətnlərinə düzəlişlər edərək, Qarabağ mövzusuna və erməni prezidenti Sarkisyana aid çıxışlar ediblər. "Lakin bu kimi teatrlaşdırılmış səhnə qondarma erməni soyqırımını tanımağa çağırış edən "Meydan" TV-nin əsas məqsədini gizlətmir. Məsələn, Emin Abdullayevin (Milli-R.N.) sponsorunun erməni lobbisinin Avropa Parlamentindəki nümayəndəsi Yaromir Ştetina olması faktı ortadadır"-deyə Z.Məmmədli bildirib.

Beləliklə, maddiyat üçün bir çox oyunlara gedın Emin Milli və Meydan TV deyəsən qrantların azalması ilə çöküşə qədəm qoyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR