Koreya Xalq Demokratik Respublikası nüvə fəaliyyətini davam etdirir.
Metbuat.az-ın məlumatına görə, “38 Şimal” adlı araşdırma qrupu belə hesabat yayıb. İyun ayının 21-də peyk vasitəsiylə əldə edilən görüntülərə görə, Pxenyan silah proqramını davam etdirmək üçün istifadə etdiyi yeganə nüvə reaktorunun fəaliyyətini inkişaf etdirir.
İddialara münasibət bildirən Cənubi Koreyalı rəsmilər qeyd edib ki, bu barədə onlarda dəlillər yoxdur. Lakin məsələ diqqətdə saxlanılır. Qeyd edək ki, Seulla münasibətlər normallaşandan sonra Pxenyan nüvə fəaliyyətindən imtina etdiyini açıqlamışdı.
Sübhan / METBUAT.az