Bu gün DÇ-2018-də 1/8 final mərhələsinə start veriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, dünya çempionatı başlamamışdan əvvəl turnirin əsas favoritlərindən hesab olunan iki komanda ilk 1/8 final mübarizəsində üz-üzə gələcəklər. C qrupunda Danimarka, Peru və Avstraliya ilə mübarizəni lider tamamlayan Fransa D qrupunun ikincisi Argentina ilə qarşılaşacaq. Müasir dünya futbolunun ən güclü oyunçularını qarşı-qarşıya gətirəcək matç gərgin mübarizə və maraqlı oyun vəd edir.
Qrup mərhələsinə istədiyi kimi başlamayan, yalnız son oyundan sonra pley-offlara yüksəlməyi bacaran cənubi amerikalılar həlledici məqamda onlara bəslənən ümidləri doğrultmaq üçün əllərindən gələni edəcəklər. Fransızlar isə qrup liderliyinin təsadüfi olmadığını sübuta yetirmək iddiasındadı.
DÇ-2018
1/8 final
30 iyun
18:00. Fransa - Argentina
Baş hakim: Alirza Fagani (İran)
Kazan, "Kazan Arena"
Milli.Az