ABŞ-ın istismar mənbəyi olan Səudiyyə rejiminin şahzadəsi Məhəmməd Bin Salam inanılmaz etiraflar edib. Vaşinqton Post qəzetinə müsahibə verən Bin Salman vəahibiliyi ABŞ-ın istəyi ilə yaydıq deyib. İslama yüz illər öncə saplanan bıçaq olan vəhabilik yenə gündəmə gəlib. ABŞ niyə vəhabiliyin yayılmasını istəyib? İslama 4 xətt məzhəbin xaricində vurulan vəhabilik 1748-ci ildə Mehmet ibn Vahabın yaratdığı bir cərəyandır. Əlinə keçirdiyi İbn Teymiyyənin əsərinə istinad edərək ingilis casusu Hemferin İslamı məhv etmək planına alət oldular.

Milli.Az islaminıesi.info-ya istinadən bildirir ki, Osmanlı ilə ərəbləri ayırdılar. Artıq vəhabiliyin ciddi bir problemlə üzləşdiyini görən Sultan Mahmud Misir valisi Kavalalı Mehmed Ali Paşanı bunu həll etməyə göndərdi.

Əli Paşa 1812-13-cü illərdə Məkkəni, Taifi və Mədinəni vəhabilərdən təmizləyir. Elə bu məqamda Abdulaziz ölür və yerinə 1814-cü ildə oğlu Abdullah keçir. Elə bu hadisə paralel olaraq Misir valisi Əli Paşa ölür və onun yerinə keçən İbrahim Paşa vəhabilərin paytaxtı Deriyi mühasirəyə alır. 1818-ci ilin aprel ayında şəhər alınır. Abdullah ibn Səud ələ keçirilir. Onu əvvəl Misirə, sonra isə İstanbula göndərirlər.

Abdullah ibn Səudun başı Bəyazit meydanında Sultan Mahmudun hüzurunda Bostançıbaşı Xəlil Ağanın qılıncı ilə kəsilir. Edam paytaxtda böyük sevinclə qarşılanır. Səudun başı günlərlə Topkapı sarayının divarları önündə sərgilənir. Səudla birlikdə yaxalanan onlarla vəhhabi alimi də edam olunur. Onların arasında Deriyə şəhərinin qazisi də olur.

Lakin Səud sülaləsi yenidən hakimiyyətə qayıda bilir. Təqvim 1901-ci ili göstərir. İngilislərin dəstəyi ilə qurulan dövlət 1916-cı ildən artıq yeni sistem kimi tanındı. Bu müqavilə Səud sülaləsi İngiltərə hökumətinə bağlılığını ifadı edir və qarşı tərəfdə onun sülaləsinin krallığını tanıyırdılar. Osmanlıların Birinci Dünya müharibəsində məğlub olması nəticəsində Səud sülaləsi hakimiyyətini Taif, Məkkə və Mədinəyə yaya bildi və Ciddeni ələ keçirdi. Abduləziz bin Səud Nəcd və Hicazın kralı olaraq tanındı. 1927-ci ildə İngiltərə ilə bağlanan Ciddə müqaviləsindən sonra müstəqilliyini elan etdi. Hazırda Səud sülaləsi Məkkəni işğalda saxlayır.

Milli.Az