Mingəçevirdə bir binanın həm içməli su, həm də kanalizasiya boruları sıradan çıxdığından su zirzəmiyə tökülür.binada yaşayan sakinlər bundan narahat olublar. Bu səbəbdən ətrafa da pis qoxu yayılır.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, borulardan axan sular zirzəmiyə tökülür. Bu suyun kanalizsaiya suyuna qarışması isə ətrafa pis qoxu yayır.
Xoşagəlməz vəziyyət Mingəçevir şəhəri Ərəş 1 ünvanında yaşanır. təxminən 50 il öncə tikilən 4 mərtəbəli binanın həm içməli su,həm də kanalizasiya boruları sıradan çıxdığından maye zirzəmiyə dolub. Sakinlər isə bunun təhlükəli olmasından narahatdır.
24 ailənin yaşadığı binanın boruların nasazlığı səbəbindən 3-4-cü mərtəbələrə su qaldırmaqda mümkün olmur. Sakinlər ətrafa yayılan pis qoxudan əlavə,zirzəmidən çıxan həşaratlarında azyaşlılar üçün təhlükəli olduğunu deyirlər.
Yaranan problemdən Mingəçevir Su Kanal İdarəsi də xəbardardır. İdarənin müdir müavini Ələkbər Vəliyev şəhərin Ərəş 1 ünvanında sıradan çıxan boruların, iyul ayının ilk həftəsində yeniləri ilə əvəzlənəcəyini bildirib. İdarə rəsmisi bundan sonra həmin ünvanda hər hansı problem yaşanmayacağını qeyd edib.
Milli.Az