Qrantların azalması ilə pul davasına çıxan radikal müxalifət çevrəsində qalmaqallar səngimək bilmir.
Metbuat.az xəbər verir ki, ekspertlər bu şəbəkələrin arasındakı qarşıdurmanı maliyyənin azalmasıyla izah edirlər.
Daha əvvəl Emin Hüseynov və Xədicə İsmayıl arasında pul üstündə olan dava geniş rezonans doğurmuşdu. İsveçrədə yaşayan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov sosial şəbəkədə ilginc bir status paylaşmışdı. Statusunda müstəqil jurnalist Xədicə İsmayılova barədə sərt sözlər yazan E.Hüseynov aralarında yaranmış gərginliyin detallarını da açıqlayıb.
Məlum olub ki, E.Hüseynov X.İsmayılovaya zəng edib və sonuncu onun səsini eşidən kimi “səninlə danışmaq istəmirəm”, deyib. Musavat.com xəbər verir ki, E.Hüseynov bu söhbətin detallarını belə açıqlayıb: “Bu gün maraqlı bir hadisə baş verdi: Xədicə İsmayılova telefonuna zəng vurdum səsimi eşidən kimi kinli-kinli mənə dedi səninlə danışmaq istəmirəm və telefon dəstəyini atdı. Mənə bu çox qəribə gəldi. Yenidən yığdım dedim nə məsələdi ? Cavabı isə belə oldu sən mənim və digər adamların adları ilə pul qazanmaq istəyirsən mən isə buna imkan verməyəcəm, mən öz növbəmdə ondan təəccüblənərək soruşdum, Xədicə anlamadım, nə demək istəyirsən, zəhmət olmasa izah elə, o isə izah etmədən telefon dəstəyini yenidən asdı. Qərara gəldim ki əgər dəstəyi atan adam məni eşitmək istəmirsə, üstəlik də bu cür əsassız və saxta ittiham edirsə, bu adama ictimai acıq müraciətlə cavab verim və suallarımı ünvanlayım, buyurun oxuyun :
- Xədicə sənin qısa telefon danışığın bu günə qədər məni ən çox təəccübləndirən danışıq oldu.
Bilmirəm sənə nə olub; ola bilər ki, kimsə səndə barəmdə yanlış fikir formalaşdırıb, ola bilər ki, sən ulduz xəstəliyinə yoluxmusan, ayağın yerə dəymir, göynən uçursan; ya da paxıllıqdan bunu edirsən, ya da başqa fikrimə gələ bilməyən məsələlərə görə, hər halda dəqiq deyə bilmərəm, amma gec - tez aydın olacaq.
Məlumatın üçün bildirim ki mən bu günə kimi qazandığım hər bir şeyi halal zəhmətimlə qazandım, hətta həyatımda çoxları üçün itki saya biləcək çətin anları özüm üçün qazandığım həyat təcrübəsi kimi qəbul etmişəm.
Sənin barəmdə bu gün səsləndirdiyin əsassız şər - böhtan məni təəccübləndirdi. Bu günə kimi bu sözləri mən ancaq iqtidar nümayəndələri adından və ya da onların əlaltıları adından eşidirdim.
Hər nə baş veribsə mən bilmirəm. Amma onu dəqiq bilirəm ki, ən azı kimisə nədəsə ittiham edəndə, ondan mövqe soruşarlar məsələlərə aydınlıq gətirmək istəyərlər. Sən isə bunu etmədin, məni şərlədin.
Mənə dedin ki, sənin taleyinlə və başqa adamların taleyi ilə pul qazanıram. Əgər həbsxanada oturarkən mənim səni müdafiə etməyimi istəmirdinsə, xəbər göndərərdin buna müvafiq addım atardım və qərarına hörmətlə yanaşardım. Lakin sənin müdafiənlə bağlı sənin yaxınların əlimizdən gələ biləcək köməyi bizdən istəyirdilər. Mən və rəhbəri olduğum qurum bunu edirdik. Üstəlik, səni 2012-ci ilin martın 8-dən 2014 ilin avqust ayınadək müdafiə edirdim və sən mənə hər hansı bununla bağlı etiraz bildirməmisən, əslində məndən kömək və dəstək istəyirdin. Mənim 2014 ilin avqustun 8-dən 2015 ilin iyun ayının 12-ə qədər səni açıq- aşkar müdafiə etməyə imkanım yox idi. Amma RATİ-nin bütün kollektivi əlindən gələn köməyi səndən əsirgəmirdi. 2015 ilin iyun ayının ortalarından sənin müdafiə kampaniyana yenidən qoşuldum və sən azadlığa çıxana qədər əlimdən gələni etmişəm.
Sən həbsdən azad olunduqdan sonra mənimlə bir neçə dəfə danışanda da bildirməmisən ki, sənin gələcək müdafiənlə bağlı hər hansı potensial addımlarımı dayandırım”.

Daha sonra Emin Hüseynov Meydan TV rəhbəri Emin Milli haqqında sərt fikirlər yazmışdı. E.Hüseynov canlı videoda bildirib ki, Emin Millinin təpədən dırnağa qədər yalançı olduğunu Azərbaycan xalqına isbat edə bilər. Meydan TV-nin qurulmasını müzakirə etməyən E.Hüseynov bu televiziyanın E.Millinin məhsulu olmadığını deyib: “Bu televiziya Eminsiz də yarana bilərdi. Hamını sıradan çıxaranda ayaqüstə qala bilən bir onlayn media qurumu olduğu üçün irəliləyişlər edə bilirsiz. Bu, sırf maliyyə axını ilə bağlı məsələdir. Bu, Eminin ağıl və dərrakəsinə görə deyil. Əvvəl maliyyəni 10-15 müstəqil mediaya verəndə, sonra Eminə verdilər. Onun bəxti gətirdi ki, Meydan TV-ni Berlində qurdu”.
RATİ sədri eyni zamanda E.Millinin çirkli təklifləri, ürəkbulandırıcı “iş birlikləri” barədə də məlumatlı olduğunu deyib. O, Avropada yaşayan bəzi mühacirlər barədə isə ad çəkmədən deyib ki, “siz strauslarsız, başınızı quma soxub, Emin Hüseynov barədə gic-gic danışırsız, intriqalar yayırsız”. E.Hüseynovu qəzəbləndirən əsas nüans isə onun guya ki, qardaşı Mehmanla yola getməməsi barədə söz-söhbət yayılması olub. O bildirib ki, qardaşı ilə çox yaxın dost olub və bu, hər zaman da belə olacaq.
İctimai sektordakı bəzi şəxslər barədə faktları canlı yayım vasitəsilə açıqlayacağını anons edən E.Hüseynov daha sonra aşağıdakıları bildirib: “Xədicə İsmaylın xəyanətkar olduğunu Emin Milliyə demişəm. Son görüşdə Emini kobud şəkildə pisləmişəm. Emin Milli Mehman Qələndəriov barədə pis sözlər deyib. Bu qətli ört-basdır etməyə çalışan Xədicə İsmayılı gözümün işığı kimi təqdim edib. Xədicə İsmayıl, Emin Milli, gəlin, canlı yayıma çıxaq. Kimin nə xəyanət etdiyini deyəcəm. Emin və Xədicə, siz Vaşinqtona, Londiona yazırsız ki, Emin qeyri-adekbatdır, qrant yeyəndir. Sonra yazırsız ki, Eminin psixoloji problemləri var. Sözünüz hamısı boş çıxıb. Dediklərimi faktlarla təkzib edə bilmirlər, deyirlər, Emin dəlidir, başqaları ilə yola getmirlər” .
Bu günlərdə isə Emin Milli canlı yayım edərək Milli Şuranın komitə sədri Gültəkin Hacıbəylini Meydan TV-ni sıxışdırmaqda ittiham etmişdi.

Həmin statusu təqdim edirik:

Deyəsən müxalifədəki bu qarşıdurmalar hələ çox davam edəcək.