"Eurovision 2011" qalibi Nigar Camal son günlər sosial şəbəkədə paylaşdığı görüntülərlə gündəmdən düşmür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, çimərlik geyimində fotolarını yayımlayan müğənni müxtəlif səhifələrdə müzakirələrə səbəb olub.

Bu dəfə isə Nigar İnstaqram-da "story" bölməsində bikinili videosunu yerləşdirib. Onun seksual hərəkətləri müzakirə obyektinə çevrilib.

İstanbulda dincələn Camal ünvanına yazılan tənqidlərə əhəmiyyət verməyib.

Qeyd edək ki, Nigar digər "Eurovision" qalibimiz Eldar Qasımovla birlikdə istirahət edir.

Milli.Az