​“Xaliq Faiqoğlu” şirkəti istilərlə bağlı

Son günlər Respublika ərazisində, xüsusi ilə də Bakıda müşahidə edilən anomal hava şəraiti ilə bağlı “Xaiq Faiqoğlu” şirkəti xüsusi iş rejiminə keçib.

Belə ki, şirkət rəhbərliyi avtobuslarda kondisionerlerin səhər saat 08-dən axşam 23:00-dək işlək vəziyyətdə olmasına və sazlığının təmin olunması üçün bütün qüvvələrin səfərbər edilməsinə göstəriş verib. Bu məqsədlə mobil təmir qrupları da yaradılıb və gün ərzində istismar prosesi zamanı kondisionerlərlə bağlı hər hansı problem yaranarsa, dərhal müdaxilə edilirərək nasazlıq aradan qaldırılır.

Nəzərinizə çatdırmaq istəyirik ki, xarici ölkələrdə ixtisasartırma kurslarında iştirak etmiş əməkdaşlarımız tərəfindən müasir cihazlardan istifadə edilməklə kondisionerlərin daim işlək vəziyyətdə olması, qarşıya çıxa biləcək hər hansı problemin vaxtında aşkar olunması ücün gecə saatlarında müasir avadanlıqlarla təchiz edilmiş təmir mərkəzində xüsusi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti “SAFA Holding”in tərkibində fəaiyyət göstərir. Şirkətin istismarında olan 18, 61, 65 və 85 saylı marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərən avtobusların hamısı kondisionerlidir və AVRO-5 standartlarına cavab verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR