Dünyanın sonu yaxınlaşır. Yenidən doğulmaq, daha güclü olmaq üçün bu həyatla vidalaşmalıyıq.

Ailə başçısının gündəliyində bu sözlər yazılmışdı. Həmin kişi və onun 10 nəfərlik ailəsi intihar ediblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, faciə Hindistanın paytaxtı Dehlidə yaşanıb.

77 yaşlı Narayan Devinin, onun övladlarının və nəvələrinin cəsədləri evdə tapılıb.

Narayan Devinin meyiti çarpayısında idi. Ailənin digər 10 üzvü isə gözlərini bağlayandan sonra həyətdə özlərini asmışdılar.

Toya hazırlaşan ailə "yenidən doğulmaq" üçün intihar etdi - VİDEO - FOTO

Həyətdə özlərini asaraq intihar edənlər 50 yaşlı Bhavneş Bhatiya və onun 45 yaşlı qardaşı Lalit Bhatiya, onların xanımları - 48 yaşlı Savita Bhatiya və 42 yaşlı Tina Bhatiya, habelə 57 yaşlı Pratibha, 33 yaşlı Priyanka, 25 yaşlı Nitu, 23 yaşlı Manu, 15 yaşlı Dhruv və Şivam idilər.

Ailə başçısı Bhavneş Bhatiyanın dükanı və süd sexi vardı.

Polisdən verilən məlumata görə, Bhavneş Bhatiyanın gündəliyi tapılıb. 2015-ci ildən bəri gündəliyə hər gün qeydlər edən Lalit "dünyanın sonu"na hazırlaşıb.

Bhavneşin yazdığına görə, mərhum atası onun yuxularına girib, sonra isə onunla danışmağa başlayıb.

"Atam dedi ki, dünyanın sonu gəlir. Məşhər günündən qurtulmaq, yenidən doğulmaq istəyiriksə, hamımız intihar etməliyik. İnsanın vücudu onun ruhunun müvəqqəti məkanıdır. Qorxudan qurtulmaq üçün ağzımızı və gözlərimizi bağlamalıyıq", - Bhavneş yazmışdı.

Toya hazırlaşan ailə "yenidən doğulmaq" üçün intihar etdi - VİDEO - FOTO

Ötən ilin sonlarından "süküt andı" verən Bhavneş kimsə ilə danışmayıb. O, dükanda müştərilərlə demək istədiyi sözləri yazdığı kağız parçaları vasitəsilə ünsiyyət qurub.

Ailənin qohumları isə kütləvi intihar versiyasına inanmır, qatillərin aranmasını tələb edirlər.

Qonşular isə deyirlər ki, ailə toya hazırlaşırdı.

Milli.Az